Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir.
=== Mütləq rütubət ===
Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır.
=== Nisbi rütubət ===
Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir:
f
=
p
/
p
0
∗
100
%
{\displaystyle f=p/p0*100\%}
== Su buxarının elastikliyi ==
Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.